←M² Yazılar
M² Layihə qeydləriŞəhər
M² Redaksiya

Şəhər mərkəzindən sahil xəttinə qədər premium konseptlər Whitestone

Müasir premium daşınmaz əmlak sektorunda layihənin dəyəri təkcə mənzilin kvadratmetri ilə deyil, sakinə təqdim olunan həyat tərzi və düşünülmüş infrastruktur ekosistemi ilə formalaşır. Strateji lokasiya seçimi və seçkin yaşam standartları ilə fərqlənən Whitestone, paytaxtın mərkəzi dinamikasından Xəzər sahilinin sakitliyinə qədər uzanan üç fərqli layihə təqdim edir: Whitestone Towers, Whitestone Beach və Whitestone Estate.

01 Noyabr 20267 dəq oxu
Şəhər mərkəzindən sahil xəttinə qədər premium konseptlər Whitestone

M² Yazılar · Şəhər

7 dəq oxu

Nərimanovda şəhər dinamikası və zəngin infrastruktur Nərimanov rayonunun mərkəzə yaxın strateji yerində qərarlaşan kompleks, şəhərin əsas nöqtələrinə birbaşa və rahat çıxış imkanı yaradır.

01

Whitestone Towers - Nərimanovda şəhər dinamikası və zəngin infrastruktur

Seçilmiş kommersiya infrastrukturu: Kompleksin birinci mərtəbəsində sakinlərin gündəlik zövq və tələblərini qarşılayan tanınmış brendlər cəmləşib: Starbucks amili: Beynəlxalq təcrübə sübut edir ki, Starbucks-ın fəaliyyət göstərdiyi ərazilərdə daşınmaz əmlakın bazar dəyəri və likvidliyi hər zaman daha sürətlə yüksəlir. Brendin kompleksin kommersiya xəttində təmsil olunması layihənin investisiya cəlbediciliyini davamlı olaraq artıran əsas faktordur. Korhan, Papa John's və Cup Cup: Zəngin iaşə seçimləri və keyfiyyətli qəhvə mədəniyyətini bir araya gətirərək sakinlərin tam yaxınlığında vahid xidmət mühiti formalaşdırır.

02

Şəhərdə ilk daxili idman məkanları:

Rezidensiyanın daxilində aktiv həyat tərzi üçün xüsusi infrastruktur qurulub: Ski Center Baku: Sakinlərin qış idmanları ilə ilboyu qapalı şəraitdə məşğul ola biləcəyi, Azərbaycanın ilk Ski Center mərkəzi. Padel Center Baku: Ən müasir standartlara cavab verən daxili padel kortları. Next Cube: Kompleksin birinci mərtəbəsində fəaliyyət göstərən, sakinlərin gündəlik məşq tələblərinə cavab verən müasir fitnes mərkəzi.

03

Whitestone Beach - Sea Breeze-də birinci sahil xətti və fərdi lüks

Xəzər dənizinin ən populyar kurort zonasında, Sea Breeze ərazisində və birbaşa birinci sahil zolağında inşa edilən layihə fərdi istirahət standartlarını ön plana çıxarır:

Fərdi hovuzlu dublekslər: Birinci sahil zolağında yerləşən geniş dubleks mənzillər şəxsi açıq hovuzlarla təchiz olunub. Aktiv rekreasiya: Birbaşa dəniz kənarında yerləşməsinə baxmayaraq, ərazidə sakinlərin istifadəsi üçün peşəkar padel kortu və futbol meydançası layihələndirilib.

04

Whitestone Estate - Bilgəhdə məhdud sayda birinci sahil xətti villaları

Abşeronun ən prestijli bağ zonası olan Bilgəhdə, birbaşa dəniz sahilində qərarlaşan layihə yüksək məxfilik və fərdi məkan axtaranlar üçün nəzərdə tutulub:

Sakit və butik mühit:

Birinci sahil zolağında cəmi 24 fərdi villa.

Geniş fərdi torpaq sahələri:

Ailəvi rahatlıq və maneəsiz dəniz mənzərəsi təmin edən geniş şəxsi ərazilər.

Özəl idman infrastrukturu:

Ərazi daxilindən kənara çıxmadan sakinlərin istifadəsinə verilmiş açıq padel kortu və futbol meydançası.

05

Kvadratmetrin gətirdiyi real dəyər: 3 fərqli investisiya istiqaməti

İlkin bazarda alıcı və investor üçün 1 m²-in dəyərini müəyyən edən əsas amil yalnız təmir və ya divarlar deyil; həmin kvadratmetrin gələcəkdə necə kapitallaşması, gündəlik həyatı necə asanlaşdırması və hansı unikal imkanlara açılmasıdır. Whitestone məhz bu düşüncə ilə hər layihəsində kvadratmetrin funksionallığını artırır: istər şəhərin mərkəzində prestijli qlobal və yerli brendlər, Azərbaycanın ilk Ski Center mərkəzi, Next Cube fitnes zalı və padel kortları ilə əhatələnmiş Towers, istər Sea Breeze-də dənizə baxan fərdi hovuzlu kvadratmetrləri ilə Beach, istərsə də Bilgəhdə cəmi 24 ailə üçün nəzərdə tutulmuş özəl idman infrastrukturlu geniş villaları ilə Estate layihəsində. Nəticədə əldə edilən hər bir kvadratmetr sadəcə daşınmaz əmlak deyil, likvidliyi hər zaman yüksək olan strateji bir həyat aktivinə çevrilir.

M² Perspective

“İlkin bazarda alıcı və investor üçün 1 m²-in dəyərini müəyyən edən əsas amil yalnız təmir və ya divarlar deyil; həmin kvadratmetrin gələcəkdə necə kapitallaşması, gündəlik həyatı necə asanlaşdırması və hansı unikal imkanlara açılmasıdır.”

Şəhər mərkəzindən sahil xəttinə qədər premium konseptlər Whitestone

M² Kəşf et

Whitestone Holding layihələrini kəşf et

Whitestone Holding layihələrini kəşf et

Daha çox araşdır→
Növbəti yazı

Şəhər

Bir layihə, 5 ölkə

5 dəq oxu
Bir layihə, 5 ölkə